“Şamaxı” gəmisinin heyəti qələbə münasibəti ilə Ali Baş Komandana təşəkkür məktubu ünvanladı

AXDG QSC XDND –nın “Şamaxı” gəmisində  yeni iş növbəsinin başlanması ilə bağlı gəmi heyətinin ümumi yığıncağı keçirilib.

İclasın gündəliyinə  əsasən 3 məsələ daxil olunub;

1.Koronovirusla əlaqədar olaraq gəmidə gigenik və dizenfeksiya işlərinə nəzarəy;

2.Gəmidə növbə xidmətinin təşkili;

3.Gəmiyə alınmış ərzaq məhsullarının keyfiyyətli və səmərəli istifadə olunmasına nəzarət.

Gəminin kapitanı Faiq Səfərov heyəti ilkin olaraq II Qarabağ savaşında əldə olunan parlaq qələbəyə və Dirçəliş günü münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, rəşadətli ordumuzun qazandığı parlaq qələbə hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir. Və bu sevinci bizə yaşatdığına görə Ali baş Komandana və onun rəhbərliyi altında düşmən üzərində inamlı qələbə qazanan Rəşadətli ordumuza təkkürümüzü bildirir, sağ olsunlar deyirik.

Gəmi kapitanın böyük köməkçisi Qarayev Mustafa, böyük mexanik Allahverənov Fərhad, kapitanın II köməkçisi Əhmədov Fərid də düşmən üzərində qazanılan qələbədən danışdılar, Azərbaycan ictimaiyyətinə, ordusuna və Ali Baş Komandana təşəkkür məktubunun göndərilməsinin və qələbə bayramının sevincini bütün xalqımıza yaşatdığna gərə minnətdarlığımızın və  təbriklərimizin çatdırılmasının vacibliyindən bəhs etdilər.

İclasın gündəlikdə duran  əsas məsələlərindən biri olan sərtləşdirilmiş karrantin rejminə riayət edilməsindən, əsas olmadan gəminin tərk edilməməsinin isə yolverilməz olduğundan bəhs edən kapitan F.Səfərov xüsusi olaraq qeyd etdi ki, heyət üzvləri arasında şəxsi gigeniya qaydalarına ciddi əməl olunsun, gəmini daimi istifadə olunan yerlərində müntəzəm olaraq dizenfeksiya işləri aparılsın, heyyıt üzvlri qoruyucu maskalardan, spirt məhlullarından istifadə etsin.

İclada gəmidə iş zamanı təhlükəsislik qaydalarına ciddi əməl olunması , maşın şöbəsində işləyən mexanizimlərə həmişə olduğu kimi ciddi nəzarət olunması, aşkar edilən hər hansı nöqsan haqda gəminin komandir heyyətinə məruzə olunması, 15 gün müddətinə gəmiyə gətirilmiş ərzaq məhsullarının normativ qaydalara uyğun olaraq istifadə edilməsi haqda da fikirlər dinlənildi.

Müstəqil.Az

Share: