Salyanda mikroavtobuslar toqquşub, 10 nəfər xəsarət alıb

Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub.

-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib.

Nəticədə 10 nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.

Faktla bağlı araşdırma aparılır.

Share: