Salyanda mikroavtobus kanala aşıb, ölən var

Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı mikroavtobus anidən idarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.

İlkin məlumata görə, qəza zamanı Dəyanə Mükafat qızı Eyyubova hadisə yerində dünyasını dəyişib.

Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdıra aparılır.

Share: