Salyanda ağır qəza ölümlə nəticələndi – FOTO

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Müstəqil.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, 1973-cü il təvəllüdlü Nəcəfov Elsevər Nəcəfalı oğlu idarə etdiyi “Lada” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq hadisə yerindəölüb. E.Nəcəfovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Share: