Salyan rayonunun məktəbliləri ADA Universitetində təşkil olunan Beynəlxalq Olimpiadada

         

                       Purple Comet Math Meet

Müstəqil.Az bildirir ki, Salyan Rayon Təhsil Şöbəsinin  Nəsimi Xəlilov adına Qarabağlı  1 kənd  tam orta məktəbinin və Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbinin IX,X,XI sinif şagirdləri və müəllimləri 05.04.2019-cu il tarixində ADA Unversitetində təşkil olunan Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak ediblər.

Belə tədbirlər  Azərbaycan Respublikasının Ümumi Təhsil Müəssisələri ilə Ali Təhsil Müəssisələri arasında körpü rolunu oynayır.

Olimpiadada Salyan rayonundan  iki komanda-hər komandada 6 şagird və komanda rəhbəri müəllim olaraq iştirak edib:

1.Qarabağlı 1 kənd tam orta məktəblilərin  komandasının adı “şəhid Rəşid Mehdiyev”,komandanın rəhbəri: Səməd Saməddin oğlu Zeynalov, komanda üzvləri:Atayev Əlqulu,Əmirov Heydər,Əhmədov Cavid,Dəmirov İlqar, Mürsəlov İsmayıl,Vəliyev İsmayıl.

2.Kərimbəyli kənd tam orta məktəblilərin komandasının  adı “şəhid Həsən Şahbazov”, komandanın rəhbəri:Ramil Saməddin oğlu Zeynalov, komanda  üzvləri:Allahyarlı Eltac,Əsədov Röyal,Məmmədov Emin,Vəliyev Elşad,Təhməzov Tapdıq,Hüseynov Səid.

 

 

Zeynalov Səməd Saməddin oğlu 1985-ci ildə Salyan Rayonunun Qarabağlı kəndində ziyalı ailəsində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sona 2001-ci ildə Ali məktəbə qəbul olmuş  Riyaziyyat və informatika ixtisasına yiyələnmişdir.2005-ci ildə Ali təhsili bitirdikdən sonra hərbi xidmətə getmiş, Naxçıvan Muxtar Respublikasında hərbi xidmət etmiş, kursant olaraq hərbi xidməti uğurla başa vurmuşdur.2006-cı ildə ilk pedoqoji əmək fəaliyyətinə başlamışdir.Qarabağlı 1 kənd tam orta məktəbində Riyaziyyat və informatika müəllimi vəzifəsində işləyir.Səmərəli, işgüzar,yaradıcı fəaliyyəti ilə şagirdlərin və ictimayyətin nüfuzunu qazanmışdır.

 

 

 

Zeynalov Ramil Saməddin oğlu 1982-ci ildə Salyan Rayonunun Qarabağlı kəndində ziyalı ailəsində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sona 1999-ci ildə Ali məktəbə Azərbaycan dili və Ədəbiyyatı ixtisasına daxil olmuş,2003-cü ildə Ali məktəbi bitirərək hərbi xidmətə getmiş,kursant olaraq hərbi xidməti uğurla başa vurmuşdur.2004-ci ildə ilk pedoqoji əmək fəaliyyətinə  Qarabağlı məktəbində başlamışdır.2008-ci ildə Magistraturanın qiyabi şəbəsinə daxil olmuş,2013-ci ildə Sumqayıt Dövlət Unversitetinin Dokturanturasının -Azərbaycan dili- ixtisasinin qiyabi şöbəsinə daxil olmuşdur.Hal-hazırda Bakı Dövlət Unversitetində Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üzrədir. Ramil Zeynalovun Azərbaycan dili ilə bağlı 15 elmi məqalələri çap olunmuş,Türk,İngilis.Rus dillərində  xarici dövlətlərin nüfuzlu elmi jurnallarinda 7 elmi əsərləri dərc olunmuşdur.2014-ci ildən Salyan Rayon Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbində direktor  əvəzi 2015-ci ildən isə direktor vəzifəsində çalışır.İşlədiyi müddətdə məktəbin inkişaf dinamikasını sürətləndir. Müəllim olaraq qarşısına qoyduğu məqsəd xoşbəxt insan tərbiyə etmək,böyük bilik və bacarıq ehtiyatlarına malik olan insan yetişdirməkdir.

 

FOTOLAR:

Ramil Zeynalov

Müstəqil.Az

 

Share: