Şakira xəstə atası ilə birlikdə təsirli paylaşım etdi — Video

“Bəzən həyat xəstəxana ziyarətləriylə Hellouin bayramı kostyumları arasında gerçəkləşən şeylərdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu məşhur müğənni Şakira atası Uiliamm Mebarak Şadidi ilə videosunu instaqram hesabında paylaşarkən yazıb.

Videodan göründüyü kimi, sənətçi xəstəxanada 91 yaşlı atasının ayaqlarını hərəkət etdirməsinə kömək edir, sonra onun ayaqlarından öpür. Müğənninin bu hərəkəti onun izləyicilərini xeyli duyğulandırıb.

Qeyd edək ki, müğənni dəfələrlə bildirib ki, atası onun ən yaxşı dostu və məsləhətçisidir.


Share: