Şakil O’Nil: “Hazırki NBA-da oynamaq istərdim”

Adı Basketbolun Şərəf Zalına həkk olunmuş, hazırda idman eksperti kimi çalışan əfsanəvi basketolçu Şakil O’Nil NBA-nın son illərdə tətbiq etdiyi oyun qaydalarına edilən dəyişikliklərdən narazılığını bildirib.

“Düşünürəm ki, bu, oyuna zərər verir. Köhnə bir məsəl var: Sınmayıbsa, təmir etmə. Əksər hallarda qaydalar sadəcə kimsə şikayət etdiyi üçün dəyişdirilir.

İnsanlar mənə müxalifətçi deyəcəklər, amma məsələ bu deyil. Mən indiki NBA-da oynamaq istərdim. Əsl qəssabxana quracağıma zəmanət verirəm”, – deyə idmançı qeyd edib.

Mənbə: sports.ru

Share: