Şair-qəzəlxan, yazıçı Gülarə Munisin 70 illik yubileyi ilə əlaqədar  videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair-qəzəlxan, yazıçı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülarə Munisin 70 illiyinə həsr olunmuş videoçarx hazırladı.

Videoçarx Ulu Öndər Heydər Əliyevin yazıçılar, şairlər haqqında dediyi müdrik və əbədiyaşar sözləri ilə başlayır. Daha sonra oxucuların sevimlisi Gülarə Munisin həyat və yaradıcılığı haqqında məlumat verilir, yazıçının kitab və təltiflərinin fotoşəkilləri, digər maraqlı məlumatlar izləyicilərin diqqətinə çatdırılır.

Videoçarx Yasamal rayon MKS-nin YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=OTkWoxRJBS0

 

Share: