Şahzadə ailəsi villasını bu qiymətə satışa çıxardı — Video

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl villalarından birini satır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün malikanəsi Kaliforniyanın Montesito şəhərində yerləşir.

2020-ci ildə alınan villanın dəyəri 33.5 milyon dollardır (təxminən 46 milyon manat).

Bildirilir ki, 2006-cı ildə inşa edilmiş ev altı yataq otağı, idman zalı, oyun otağı, kitabxana, kino otağı, qonaq evi və bardan ibarətdir. 

Qeyd edək ki, cütlüyün Kaliforniyada yerləşən 19 vanna otağından ibarət olan digər malikanəsi satışa çıxarılan villadan doqquz dəqiqəlik məsafədə yerləşir. 


Share: