Sahibini varlı edən qara toyuqlar – Qiyməti şoka salır/FOTO

Dimdiyindən daxili orqanlarına qədər hər yeri qara olan “Ayam Cemani” cinsdən olan toyuqlar böyük maraq görməyə başlayıb.
Müstəqil.Az Medicina.az -a istinadən xəbər verir ki, İndoneziyada olan bu toyuqların qiymətləri də hər keçən gün artmağa davam edir. Tüklərindən tutmuş daxili orqanlarına qədər qapqara rəngdə olan toyuqların təkcə yumurta və qanları normal toyuqlarla eyni rəngdədir. Toyuqlar ecazkar görünüşləri ilə diqqət çəkir. Günəş işığının altında ikən qapqara türklərinin arasında yaşıl işıltılar gözə çarpır. Sümükləri də qara olan toyuğun ətinin tərkibi və dadı isə digərləri ilə eynidir. Bu nadir cins toyuqlar 2 kilo, xoruzlar isə 2.5-3 kilo arasındadır.
Vaxtilə qara toyuqların bir ədədi ABŞ-da 2500 dollara satılıb.
Varlılar tərəfindən saxlanan, bəslənən bu qara kömür rəngdə olan toyuqların öz sahibinə daha çox sərvət və güc gətirdiyi, bəzənsə şans əlaməti olduğu deyilir.


Share: