Sabunçu rayonunda marketin anbarında yanğın olub

Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.

xəbər verir ki, hadisə “Zabrat 1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 6 texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Share: