Sabunçu rayonunda 400-dən çox sakinin müraciəti dinlənildi

2023-cü ilin yanvar ayı ərzində Sabunçu rayonu ərazisində RİH başçısı Adil Vəliyev tərəfindən 4 səyyar qəbul keçirilib. 

“Qafqazinfo” xəbə verir ki, keçirilən səyyar qəbullarda 400-dən çox sakinin iştirakı ilə 50-ə qədər müraciət dinlənilib.

Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, əsasən mənzil şəraitinin yaxşılaşdırılması, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, iş ilə təminat, səhiyyə məsələləri, nəqliyyat və rabitə məsələləri, məişət məsələləri, içməli su ilə təchizat və s. məsələlərlə bağlı RİH başçısına müraciətlər ediblər. 

Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

Vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Sabunçu rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.


Share: