Şabranda sahibkarlarla görüş keçiriləcək

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şabran rayonunda görüşü təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” mayın 31-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Share: