Şabranda ağır yol qəzası olub, bir nəfər ölüb, dörd nəfər yaralanıb

Şabranda avtomobil qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çuxurəzəmi kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, (kimliyi dəqiqləşdirilir -red). Eyni zamanda Şabran rayon sakinləri – 1958-ci il təvəllüdlü İbrahimov Gülmirzə Əlifşalı oğlu, 1959-cu il təvəllüdlü İbrahimova Gülümnaz Əlisahib qızı, 1986-cı il təvəllüdlü İbrahimova Xuraman Heydər qızı və Sumqayit şəhər sakini 1957-ci il təvəllüdlü Türbətov Məhəmməd Əmirulla oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Share: