Sabirabadda su kanalına düşən şəxs axtarılır

Sabirabad rayonunda bir nəfər kanalda batıb.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Qalağayın kəndində su kanalına düşdüyü ehtimal olunan 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Qeyd edək ki, Sarvan Əliyev toydan çıxdıqdan sonra itkin düşməsi xəbəri yayılıb.

Share: