Sabirabadda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı

Sabirabadın Ulacalı kəndində minik avtomobilinin ağaca çırpılması nəticəsində iki qardaş xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə zamanı rayonun Ulacalı kənd sakinləri, 1996-cı il təvəllüdlü Alışov Qurban İxtiyar oğlu və onun qardaşı, 1997-ci il təvəllüdlü Alışzadə Nurlan İxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Hər ikisi Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: