Sabir Rüstəmxanlıdan milli ideoloji sistemimizdə iz qoyacaq daha bir əsər…

 

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.

“Vətəndaşlığın əlifbası” adlanan irihəcmli bu əsər məzmununa, toxunduğu mövzulara görə “Ömür kitabı”nın davamı sayıla bilər. Elmi-fəlsəfi fikirlər, xalqımızın taleyi ilə bağlı təhlillər, Vətən, millətlə bağlı düşüncələr toplanan bu kitab çağdaş Azərbaycanın ideoloji fikir boşluğunu dolduracaq əvəzsiz töhfədir. Xalq şairi özü kitab haqda deyir: “Vətəndaşlığən əlifbası” Yurd və Yurddaşlıq haqqında düşüncələrimdən doğub. Etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyildir, öz həyat təcrübəmdən doğan sonuc və arzulardır. Bu düşüncələri oxuculara paylaşmağa dəyərmi? Bu şoru məni uzun müddət düşündürüb. Sonda “hər damla bir həyat, hər sözdə bir hikmət var!” deyimini xatırladım. Kimsəyə ziyanı dəyməz”.

Kitab özünü bu ölkənin vətəndaşı sayan hər kəs üçün maraqlıdır.
“Vətəndaşlığın əlifbası”nı əldə etmək istəyənlər “Əli və Nino” kitab mağazalarına, “Qanun” nəşriyyatına müraciət edə bilər.

Share: