Sabir Rüstəmxanlı ” Tərtər işi”nin təşkilatçılarını hədəf aldı: cəzalanmalıdır!

“Bu gün artıq bu addımın nəticələri ortaya çıxır. Təbii ki, istintaqın əsas vəzifəsi bu işi araşdırarkən hələ də ordunun içərisində maskalanmağa müvəffəq olmuş “5-ci kolon” təmsilçilərinin üzə çıxarmaqdır. Çünki indiki həssas dönəmdə bu ölüm-qalım məsələsidir və ordumuzun qüdrətini zəiflətmək niyyəti güdən çoxsaylı məkrli qüvvələrin mövcudluğu kimsəyə sirr deyil.

2017-ci ildə baş vermiş bu xain əməliyyatın zərəri hələ də orduya dəyməkdədir. Azərbaycan əsgəri, giziri, zabiti və s. bilərəkdən üz-üzə qoyulub. İşgəncələrə bilərəkdən çoxlu sayda hərbçi cəlb olunaraq, onlardan cinayətkar “düzəldilib”. Məqsəd Azərbaycan əsgərini bir-birinə qırdırmaq, düşmən etmək, qarşıııqlı zülm və aşağılamaqdır.
Hansımızın qarşısına gətirib birilərini qoysalar və desələr ki, bu, vətən xainidir, satqındır, səninlə çiyin-çiyinə vuruşmuş əsgərləri qırğına verib, ermənilərə satıb və s. – buna necə reaksiya verərik, həmin şəxsə nə edərik? İndi bir tərəfdəkilər qətlə yetirilib, sındırılıb, şikəst edilib, həbsə atılıb, qarşı tərəfdəkilər isə cinayətkara çevrilib.. Mənim gördüyüm budur ki, hər iki tərəfdə hədət ordunun peşəkar, döyüşlərdə şücaət göstərmiş kadrları olub. Hər iki tərəf bədbəxt edilir və sıradan çıxarılır. Bütün bu oyunu quranlar, işgəncə, qətl əmrini verənlər ictimaiyyət üçün aşkarlanmalıdır və hər kəs bu xain layihənin, planın başında duran yüksək çinli şəxslərin cəzalanmasını gözləyir. Həqiqət üzə çıxarılmayınca, əsl təşkilatçılar və sifarişçilər ifşa olunub, cəzalandırılmayınca, onların adları cəmiyyətə açıqlanmayınca, “Tərtər işi” Azərbaycan Ordusuna, onun nüfuzuna qarşı məlum dairələr tərəfindən istifadə olunacaqdır. İnanıram ki, 44 günlük savsşda qazandığımız qələbə “Tərtər işi” nin açılmasında əsas açar rolunu oynayacaqdır.”

Müstəqil.Az

Share: