Sabir Rüstəmxanlı Neftçala şəhidlərinin ailələrinə və yaralı həbçilərə baş çəkdi

Müstəqil.Az xəbər verir ki, tanınmış millət vəkili,xalq şairi Sabir Rüstəmxanlı Neftçala şəhidlərinin ailələrinə və yaralı həbçilərə baş çəkib.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olmuş, Qarabağ savaşında bu rayondan şəhid olan döyüşçülərimizin yas mərasimində iştirak etmişdir.
Millət vəkili bu savaşın milli qürur və şərəf tariximiz olduğunu deyərək şəhidlərin bütün Azərbaycan xalqının övladları və baş ucalığı olduğunu bildirib.
S.Rüstəmxanlı rayon sakinləri ilə də söhbət etmiş, bu gün bütün xalqın bir yumruq halında bir olduğunu qeyd etmişdir . Rayon sakinləri də hər zaman dövlətin və ordunun arxasında olduğunu dilə gətiriblər.
Millət vəkili səfər zamanı Salyan rayon mərkəzi xəstəxanasında olmuş, deputat həmkarı Fəzail Ağamalı ilə xəstəxanada müalicə alan yaralı hərbçilərmizə baş çəkmişdir.
Müstəqil.Az
Share: