Sabir Rüstəmxanlı işığı illər keçsə də tarix boyu bir çox qaranlıqları işıqlandıracaqdır.

18 oktyabr Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunduğu gündən 31 il ötür .

Bu gün
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəsti xətti ilə böyük bir iz buraxmaqla yanaşı ədəbi dilin qorunmasında , ölkənin ictimai – siyasi həyatında da xüsusi rolu olan Sabir Rüstəmxanlını unutmaq olmaz. Tarix boyu Sabirlərin sözünün kəsəri və gücü hər birimizə bəllidir.
Kiçik bir yazı masasından başlayan ömür yolu meydan hərəkatlarından və ölkənin gözəl gələcəyi naminə görülən gözəl işlər üçün edilən mübarizələrdən keçmişdir . O, milyonların qarşısında azadlıq mubarizəsində xalqın sözü olmuşdur .
31 illik azadlıq,müstəqillik qürurumuzda payı olan söz elçisidir…
30 ildir yaradıb rəhbərlik etdiyi “Vətəndaş Həmrəyliyi Partiyasının” siyasi yolunda atdığı güclü və inamlı addımlar , “Difai fədailəri”, “Atamın ruhu” , “Ömür kitabı”və s.kimi Azərbaycan ədəbiyyatına verdiyi töhfələr Sabir Rüstəmxanlı ömrünün azadlıq uğrunda apardığı 44 günlük Zəfər savaşının işıqları olmuşdur…
Xalq öz mükəmməl şəxsiyyətləri ,işıqlı insanları ilə güclüdür, ölməzdir…Sabir Rüstəmxanlı işığı illər keçsə də tarix boyu bir çox qaranlıqları işıqlandıracaqdır.
Müstəqillik gününüz mübarək ,Türk dünyasının böyük oğlu ,Xalqın sözü ,Vətən insan, Söz insan!

Aysel Xanlarqızı Səfərli

Share: