Sabahdan ölkədə musiqi festivalı başlayır — İlk günün proqramı

Xəbər verdiyimiz kimi, sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır.

“Qafqazinfo” festivalın ilk gününün proqramını təqdim edir:

Qeyd edək ki, festival çərçivəsində Bakı, Gəncə, Şəmkirdə müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər keçiriləcək.

Həmçinin, proqram və daha ətraflı məlumat almaq istəyənlər festivalın instaqram hesabı və saytı izləyə bilərlər.

10:30

Azərbaycan Milli Konservatoriyası

Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş musiqi proqramı

11:30

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Üzeyir Musiqi Gününə həsr olunmuş musiqi proqramı

12:30

Azərbaycan Dövlət Mahnı Teatrı

Üzeyir Musiqi Gününə həsr olunmuş musiqi proqramı

14:00

Üzeyir Hacıbəylinin Ev Muzeyi

Üzeyir Hacıbəyliyə həsr olunmuş ədəbi-musiqili tədbir Azərbaycan Dövlət Simli Kvarteti Solistlər: Fərid Əliyev (tenor) Günel Hacıyeva (soprano)

17:00

Fəvvarələr meydanı

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri Bədii rəhbər və dirijor: Əlibala Rzayev

19:00

Heydər Əliyev Sarayı

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılışı Arif Məlikov “Məhəbbət əfsanəsi” baleti Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan Dövlət Rəqs Ansamblı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası Xarici teatrlardan dəvətli solistlər Dirijor: Yalçın Adıgözəlov.


Share: