Sabahdan güclü külək əsəcək, qar yağacaq – XƏBƏRDARLIQ

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilir.

Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, fevralın 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, fevralın 24-də gün ərzində fasilələrlə sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Share: