Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 isti olacağı gözlənilir.

Atmosfer təzyiqinormadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti,dağlarda gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.

 

Müstəqil.Az

Share: