Sabah onun doğum günüdür

24 dekabr prezident İlham Əliyevin ad günüdür

O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur…

O, müdrikdir- işıqlı gələcəyə yol açır…

O, mərhəmətlidir- əhv etməyi bacarır…

Qazilərə, köçkünlərə, əlillərə, hərbiçilərə, jurnalistlərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib…

Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər buna bariz nümunədir…

Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- “bilir ki, bilirlər” vəziyyəti anlayır, “bilir ki, bilmirlər”i tez başa düşür. “Bilmir ki, bilmir”lər baş aparır…

Hamının sevimlisi olmaq mümkün deyil- aramızda nadanlar, xəbislər, naşükürlər var…

Hamını sevmək də olmur- naxələf, namərd, satqın az deyil…

Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da. Hələ inqilab sevdasıyla yaşayan “sapı özümüzdən olan baltalar”ı demirəm…

Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə zaman-zaman dirçəlir, inkişaf edir…

Hər bir ölkəni təmsil edən toxunulmaz simvollar var- himn, bayraq, gerb və prezident!

Bu simvolların canlısı, ən cavanı, prezident İlham Əliyevi 58 yaşı münasibəti ilə təbrik edir, ona yeni ildə möhkəm can sağlığı arzulayırıq.

Elman Eldaroğlu

Share: