Sabah Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirəcək.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 14-də saat 11:00-dan Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında Göyçay rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 13-də saat 09:00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qeyd:
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Müstəqil.az
Share: