Səudiyyə ilə Kanada arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ – 24 saat vaxt verildi

Səudiyyə Ərəbistanının təhlükəsizlik oraqnlarının bəzi insan haqları aktivistlərini həbs etməsindən sonra Kanadadan verilən açıqlamalar ik ölkə arasında diplomatik böhrana səbəb olub.

Publika.az xəbər verir ki, buna cavab olaraq Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kanadanın Riyaddakı səfiri Dennis Horak “istənməyən insan” elan edilib və ölkəni tərk etməsi üçün 24 saat vaxt verilib.

Açıqlamada, həmçinin, Kanada ilə ticarət əlaqələrinin və sərmayələrin dondurulduğu bildirilib. Qeyd edilib ki, bu qərar Kanadanın xarici işlər naziri Xristia Frilənd və Kanada səfirliyinin Səudiyyə Ərəbistanında həbs edilən aktivistlərin dərhal azadlığa buraxılmasına dair açıqlamalarına reaksiya olaraq verilib.

Səudiyyə Ərəbistanı, həmçinin, müşavirə məqsədilə Kanadadakı səfiri Nayif ibn Bəndəri ölkəsinə geri çağırıb.

Müstəqil.Az

Share: