Səudiyyə Ərəbistanı tarixində İLK – Qadın səfir təyin olundu

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq qadın səfir təyin edilib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, şahzadə Rima bint Bəndər krallığın ABŞ-dakı səfiri təyin edilib.

Bu barədə qərarı vəliəhd şahzadə Məhəmməd bin Salman imzalayıb və xanım diplomata səfir rütbəsi verib.

Qeyd edək ki, Rima şahzadə Bəndərin qızıdır. Bəndər 1983-2005-ci illərdə ölkəni ABŞ-dakı diplomatik missiyasına rəhbərlik edib.

Müstəqil.Az

Share: