Səudiyyə Ərəbistanı karantini ləğv edir

Səudiyyə Ərəbistanı aprelin 26-dan mayın 13-ə kimi Məkkə və digər təcrid olunmuş rayonlar istisna olmaqla bütün ölkə ərazisində karantin rejimini ləğv edib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı kralı Salman Əbdüləziz Əl-Səud qərar imzalayıb.

Qərara əsasən, göstərilən müddət ərzində kommersiya və iqtisadi fəaliyyətlərə də icazə verilib.

Müstəqil.Az

 

     

    Share: