Sərnişin avtobusu evin eyvanına girdi – FOTO

Türkiyənin Adana şəhərində ağır yol qəzası baş verib.
Şəhərin Tufanbey prospektində sərnişin avtobusu ilə yük maşını toqquşub. Nəticədə idarəetmədən çıxan avtobus yolun kənarındakı maneəni keçərək yaşayış binasına çırpılıb. Avtobusun ön hissəsi mənzillərdən birinin eyvanına girib.
Hadisə nəticəsində avtobusun sürücüsü və digər maşında olan 4 nəfər ağır xəsarət alıb. Evdə olan ata və iki körpə övladı isə xoşbəxtlikdən xəsarət almayıb.
Müstəqil.Az
Share: