Sərkisyan Paşinyanın ordunun reytinqini məhv etdiyini dedi

Mənə qarşı sürülən bütün ittihamların siyasi hədəfləri var.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan öz Feysbuk səhifəsində paylaşıb.

“İstintaq orqanları mənə öz mövqeyimi şahid statusunda ifadə etməyə imkan vermədən siyasi təqibim üçün addım atırlar. Bu gözlənilən idi. Aydındır ki, bu prosesin əsas hədəfi Ermənistan ordusu və ordunun rəhbərliyinin reytinqinə növbəti zərbəni vurmaqdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan İstintaq Xidməti Sərkisyana qarşı ittihamlar irəli sürərək, onu səlahiyyətlərini aşmaqda ittiham edib.

Mete XAN

Share: