Səni göstərə bilməyən gündüzlərin adı gecədir

Müstəqil.Az Təbrizdə yaşatıb yaradan soydaşımız, istedadlı şair Məhəmməd ÇALĞINın “Qarabağ” adlı yeni yazdığı sil-silə şeiri təqdim edir

QARABAG

Ey FÜZULİ…

Sənin qara gözlərin

Qışın ağ gözlərinin altında su kimi əsir

 

Sənin xurmalı yanaqların…

Adamın dodaqların kəsir

 

Sənin zeytun gözlərin…

Gözlərin yeridikcə

Adam müsəlmanlaşır

Ey FÜZULİ…

Ağrılarını unut

Əllərimdən tut

Gözlərindən o qədər içmişəm-aaaşıram

Sənin gözlərinə and olsun FÜZULİ

Səni məndən uzaqladanlardan-uzaqlaşıram

Dünyanın güzgülərinin önündəsən hala

Səni göstərə bilməyən aynaların adı şişədir

Səni göstərə bilməyən gündüzlərin adı gecədir

Səni səbt edə bilməyən tarix nağıldır

Və səni yaza bilməyən şair-heç şair deyil

Ey FÜZULİ…

Ayağa dur

Taqçalarının tozunu al füüüüü

O çörək qabındakı cəhlənmiş çörəklərini boşalt

O küzədəki boyat suyu dişarı süz

Hələ,divardan sallanan Sayatın saralmış şəklinə baxarsanmı?

Ooooooy

Anan ölsün Sayat

Su boyat çörək boyat

Gərəkdir rəngin saralsın

 

Ey FÜZULİ…

Ayağa dur

Əl-üzündə yağış təsviri qur

Küçələrini xalça uzad

Alışdır tiribonlarını

Həmən bir şeir gecəsi qur

Təbrizdən Çalğın gəlmiş

Və Bağdaddan…

Buyursun FÜZULİ həzrətləri

 

“Bu rövşəndir təbiətdə dan ulduzsuz pegah olmaz

Roxe zibayin ey dilbər nigahilən təbah olmaz

Əgər məşuqələr içrə sədaqətlən viqar olsa

Bütün sərgəştələr içrə bu qədri nalə-ah olmaz

Mərize eşqəm ey dilbər təbibe dərde mən sənsən

Təbib dərdə əlac eylər uzaqdan ki nigah olmaz

Dodağından tərəhhüm qıl mənə bir qünçə lütf eylə

İlahi bargahında o qünçeylən günah olmaz

Mənə bir busə borcun var dedin gəl al Qaraaabağda

Bu gün nəqd eylə ey dilbər sabah olmaz sabah olmaz

FÜZULİ xainidanından qalan şahzadə Çalğındır

Nasıl şahzadədir Çalğın başında heç sipah olmaz”

 

Ey ŞUŞA…

Ey dünyanın ən dəli-sov gəlini

Ey yer-kürəsinin sevgiyə hamilə olan nüqtəsi

Gecələr qoynunda yazdığımız şeirləri-sinəndəki təpələrdə gizlətdik

Gündüzlər səsində yazdığımız romanları-göbəyindəki qayalıqlarda

 

Ey ŞUŞA…

Ey xanın ərköyün qızı

Gözlərindəki yaşıl muncuqlarını mənə verərsənmi?

Yanaqlarındakı qızıl almalarını necə?

Dodaqlarını aç şərqin havası təmizlənsin

Saçlarındakı bəyaz qartallarını uçurt

Yeni bir səhnə yarat

Göylər darıxır boşluqdan

Ey ŞUŞA…

Qollarını boynuma sal yalqızam

Saçlarını çinimə sər darıxıram

Əllərimi bağrına bas üşüyürəm

Oooooy bilmədim

Bağışla, ŞUŞA

Yaralarına əlim dəydi

“Anan ölsün ŞUŞA

Nə dırmaşıbsan daşa

Bacın qurban olaydı

Gözündən axan yaşa”

 

Ey ŞUŞA…

Ey pərişanlığın simvolu

Ey ŞUŞA…

Ey şeirin istiresi

Ey ŞUŞA…

Ey şairlərin padişahi

Hələ şair dedim yadıma düşdü

Oturun   MOLLA PƏNAH VAQİF’i çağırım gəlsin

 

“Çoxdandı həsrətəm yaşıl gözünə

Gəl otur qarşımda göz-gözə ŞUŞA

Nə gözəl saatdı, möhtəşəm andı

Mən sizə qonağam, sən bizə ŞUŞA

 

Boğazın bulurdan ətəyi ağ qar

Sinəndən aslanır bir cüt qızıl nar

Gözlərində bir cüt yaşıl zeytun var

Dəhanın bənzəyir dənizə ŞUŞA

 

Əyir ağ güzəmi uzad hananı

Sağ ala inəyi bağla dananı

Yüklə ağ mayanı boz arvananı

Yolla bu qatarı TƏBRİZə ŞUŞA”

 

Atam illər öncə ağlardı

İllər sonra mən güldüm

BAKI,siz görən BAKI’dan çox uca boydur

AĞDAM…

AĞDAM da bir gəlin ağlardı qatar səsiylə

Gövərçinin ayağına məktub bağlayır bir gəlin

Və mən…

Qara damda otursamda

AĞDAMa vurulduğum gündən

Özümdən çox məmnunam

 

Baş ağrıların toxtayandan sonra

Yol qırağındakı çinar ağaclarına baxarsan

Dağların ətəyindəki göz yaşlarına diqqətli ol

Sənin bulutlarla nə işin var?

Uzaqdan görünən o savadlı şəhərin- adı LAÇINdır

O dirsəyə söykənən şairin- adı sucaət

 

“Fotoçu şəklini çək

Hörüyünün saçının

Şəkildə gözəl düşür

Qəmi,dərdi LAÇIN’ın

Ayazlı bir axşamda

O qəlbidə yastamda

Anam o uçuq damda

Saçın hördü LAÇIN’ın

 

Gözlərimdə yuxular

Sözülür xumar xumar

Nağılda üç alma var

Onun dördü LAÇIN’ın”

 

Əlimi alnıma qoyub KƏLBƏCƏRİN qəlbisindən baxıram

Yer-kürəsinin yuvarlaq olduğunu kim söyləmişdi?

Minllər açılar və qollar gizləniblər kölgələrinin dərinliklərində

Və dərələr,çadır kimi qatlanmış göstərir yer-kürəsini

Əlimi alnımdan götürüb

Aşağıda kı kəndə sarı yeriyirəm hala

Bu kənd də bir qız var adı QIZQAYIT

Qızqayıdın sağ çiyini sol çiyinindən uca olsada

Yeriyəndə sol ombasını bassa da Qızqayıt

Yerişini sevirəm

Qızqayıdın dodaqları kənd qoxusu versə də-versin

Dişləri kömür rəngində olsada Qızqayıdın-olsun

Gülüşünü sevirəm

Danışanda topuq vurur Qızqayıdın dili

Çaçaçaçalğın sənə çaçaçay dəmləmişəm gəgəgəl iç

Ooooooooy

Sənin şeir dadında çayını çox sevirəm QIZQAYIT

Qızqayıdın barmağına anamın üzüyünü nişan taxıram

Və KƏLBƏCƏRi gələn yaza tapşırıram

 

Cənubdayam hala

ZƏNGƏZUR’un sağ döşündə uzanmışam

Əlimdə NADİR şahın yaratdığı xəritə

Böyrümdə bir sürü quzu mələşir

Köpəklər yalqızlığımı hörüşürlər kiçik bir təpənin üstündə

Və bir çoban..

Tütəyində oxşayır

“Anan ölsün ZƏNGƏZUR

Nə yatıbsan? yatma dur

Qollarını aç uzat

Yenidən bir TURAN qur”

Share: