Sənədli filmlər rejissoru vəfat etdi

Rusiyalı rejissor Lyudmila Tsvetkova 79 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lyudmila Tsvetkova 1967-ci ildə Teatr Məktəbini bitirib. Aktrisa kimi o, bir neçə filmdə rol alıb. 1996-cı ildən rejissor kimi filmlər çəkməyə başlayıb. “Əsl hədiyyə”, “Meşə zəngi”, “Gözəllik burada yaşayır”, “Dövrün şahidləri” kimi müharibə və əmək qəhrəmanlarına həsr olunmuş silsilə filmlər çəkib.

Share: