Şəmkirdə maşın aşıb, üç nəfər xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunda, rayonun Qasımalılar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: