Şəmkirdə avtomobillər toqquşdu — Yanğın baş verdi

Şəmkirdə baş verən qəzada sonra avtomobillərdə yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonda yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

“Qazel” markalı yük maşını ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması zamanı hər iki nəqliyyat vasitəsində yanğın baş verib.

Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.Yanğın yanğın söndürənlər tərəfindən söndürülüb, hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


Share: