Şəmkirdə 51 yaşlı kişini maşın vurdu

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Ərəstun Həsənlini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: