Şəmkir sakini spirtli içkinin təsirindən öldü

Şəmkir sakini spirtli içkinin təsirindən ölüb.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Şiştəpə kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər 37 yaşlı kişiyə yardım etsələr də, o, xəstəxanada ölüb. İlkin məlumata görə, ürək çatışmazlığı olan Ş. Məmmədov ağır dərəcəli sərxoş olduğundan keçinib.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Share: