Şəkidə canavar 44 baş qoyunu parçaladı

Şəkidə tövləyə girən canavar 44 baş qoyunu parçalayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Şəkinin Sarıca kəndində baş verib.

Belə ki, gecə saatlarında kənd sakini Zakir Əliyevin həyətindəki tövləyə girən canavar 44 baş qoyunu parçalayıb.

Nəticədə qoyunların hamısı tələf olub.

Mübariz Muradov


Share: