Şəkidə 3 nəfər dəm qazından zəhərləndi

Şəkidə 3 nəfər dəm qazından zəhərlənib.

“Qafqqzinfo”nun məlumatına görə, şəhərin M.Ə Rəsulzadə prospektində yaşayan 1963-cü il təvəllüdlü Hacıyev Əli Hacı oğlu,1969-cu il təvəllüdlü Hacıyeva Firuzə Cəlal qızı və 2010-cu il təvəllüdlü Məmmədov Şəhriyar Xalid oğlu ötən gecə zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi xəstəxanasına daxil olublar.

Hər üç şəxsin yaşadıqları ünvanda dəm qazından zəhərləndiyi ehtimal olunur.

Mübariz Muradov


Share: