“Səhvən o taxmadığım, Üzüyün qaşındayam…”- Dərbənddə yaşayan gənc şair Safiyat Calğanskaya

Abdurrəhimova Safiyat Həcikərim qızı,Safiyat Calganskaya
Dağıstan Respublikasının Dərbənd rayonu, Yuxarı Calğan kəndində dünyaya göz açmışdır.
Ali təhsillidir, 6 il Calğan kənd icra nümanyəndəliyində buğalter işləyib.
2013- cü ildən Yuxarı Calğan kənd icra nümayəndəliyinin müavini vəzifəsində çalışır.
Tələbə vaxtlarından Mahaçqalada, Dərbənddə qəzetlərdə şeirləri çap olunub.
2017 -ci ildə, Dağıstan qadınlar cəmiyyətinin Calğan kənd üzrə sədri seçilib.
Dağıstan gənc yazarlarının toplantı və yarışmalarda uğurla çıxış edib, uğur qazanıb.
2016 -cı ildə Qafqazın doğma dilləri festivalında və 2017 -ci ildən Dağıstanın gənc yazarları ilə Rusiyada forumda iştirak edərək Dağıstanı təmsil etmişdir. 2010- dan 2018 -ə kimi poeziya klubunda Vebra və Lirada uğurla fəal iştirak edib.
“Mənim ata evim, Calğan kəndim”.(Мой отчи до, село Джалган.)
“Mən arzularımı yandırdım.” (Я зажгла костер мечты.) 
“Zarina”, Povest, (Зарина, Повесть.)
“Unutma məni.” (Не забывай меня.)  Adlı kitabların müəllifidir.
Şairin əsas mövzosu Vətənə, torpağa, Ana və insanlara sevgidir. 2018 -ci ildə şair Dağıstanın və Rusiyanın gənc yazarlar məktəbinin forumunda Vladikavkazda uğurla iştirakına görə, Həm xaricdə, həm də Ulyanovskidə foruma dəvət alıb. Rusiya Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir.
 
Ötmüş sevgi etirafı
 
Məni heç zaman unutma,
Hər vaxt birgə addımlayaq.
Kaş yenə sevə biləydik,
Bir daha heç ayrılmayaq.
 
Sevgi bizi isitmədi,
Qəlbimiz yenə görüşdü.
Üzükdən asılı qalmış,
Həssas sevgi yada düşdü.
 
HƏSRƏT ŞEİRİ
 
Dayanmışam yüksəkdə,
Sanki dağ başındayam.
Səhvən o taxmadığım,
Üzüyün qaşındayam.
 
Sən bilmədin sevgilim,
Mən necə yaralıyam.
Sonsuz sevgilər kimi,
Səndən çox aralıyam.
 
Çox tez söndü eşqimiz,
Bu od ürəyimdədir.
Daha durma yolumda,
Hər yüküm mənimlədir.
 
Dayanmışam yüksəkdə,
Sanki dağ başındayam.
Səhvən o taxmadığım,
Üzüyün qaşındayam.
 
 
 
TƏNHAYAM
 
Sənsiz bircə gün də dözülməz olur,
Mən heç özümə yer tapa bilmirəm.
Axı, dağlar boyda dərd nəyə lazım?
Mənasız dərdlərlə çox üzülürəm.
 
Bütün acılara səbrlə dözərdim,
Təkcə həmişəlik ayrılığa yox.
Biz necə ayrıldıq, mən anlamadım,
Sanki ürəyimə sancıldı bir ox.
 
Artıq aramızda eşq odu yoxdur,
Həsrətdən ürəyim donub, üşüyür.
Əgər istəsəydin bunlar olmazdı,
Ayrılıq həsrəti qəlbimi döyür.
 
Bir kəlmə demədən, sağollaşmadan,
Öz əllərinlə qapını bağladın.
Sən verdiyin o yalan vədlərinlə,
Gülə -gülə ürəyimi dağladın.
 
Sızır pəncərəmdən payız yağışı,
Ürəyim tək, tənha döyünür yenə.
Bilirəm ki, sənsən tək xilaskarım,
Baxıram qapıya mən dönə-dönə.
 
 
 
 
YALAN SEVGİ
 
Sən gah itib, gah da ki, qayıdırsan,
And aman eləyib gah, söz verirsən.
Sən o vədlərinlə, bircə inansan,
Mənim ürəyimə dağlar çəkirsən.
 
Yoruldum yalanlara inanmaqdan,
Elə bil uzaq bir ölkələrdəsən.
Heç olmasa bir dəfə anlayasan,
Ayrılıqlara səbəb olmadım mən.
 
Deyəsən doğrunu heç duymayacam,
Çünki o ilişib qalıb uzaqda.
Mən o yalanlara inanmayacam,
Həsrətdən gözlərim məni sızladır.
 
Nə deyim, gedirsən get, olma peşman,
Sevgim yalanlarla acı çəkməsin.
Ürəyim daş olub yalanlarından,
Get ki, bu gözlərim qan,yaş tökməsin.
 
 
Safiyat Calğanskaya.
(Rus dilindən Tərcümə etdi: Zeynəb Dərbəndli)
MÜSTƏQİL.AZ
Share: