ŞƏHİD YÜKSƏL ƏLIZADƏNIN  DOĞUM GÜNÜDÜR… – Səadət Qərib yazır

Zəfər ətirli qəhrəman Yüksəl Əlizadənin bu gün cənnətdə doğum günüdür 

Bu gün Gəncəmizin igid oğlu, qəhrəman şəhid, Zəfər Ətirli Qəhrəmanımız Yüksəl Əlizadənin cənnətdə doğum günü.
Yüksəl Əlizadə  1996-cı il iyunun 5-də məmur ailəsində dünyaya göz açıb.
Atası  İlqar Əliyev uzun illər bir sıra şəhər, rayonlarda prokuror  vəzifəsində çalışıb.
Anası-Gəncə Dövlət Universitetinin (GDU) Kafedra müdiri Sevda xanım Kazımovadır.
Yüksəl  orta təhsili Gəncədə,
Ali təhsili isə Baki Dövlət Universitetində (BDU) tarix ixtisası üzrə alıb.
Ali təhsilini bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduğdan sonra isə Naxçıvan Dövlət Universitetində(NDV)”Hüquq” ixtisası üzrə distant ali təhsil almağa başlayıb.

Yüksəl Əlizadə  2020-ci ilin Tovuz  döyüşlərindən sonra  sonra SHXÇDX-nin Gəncə Şəhər Kəpəz Rayon şöbəsinə müraciət edib və sentyabrın 21-də təlimlərə yollanıb.

Azərbaycan ordusunun  əsgəri olan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq  Xocavəndin azadlığı uğrunda döyüşlərdə savaşıb. Yüksəl Əlizadə noyabrın 9-da Xocəvənd döyüşləri zamanı 19 güllə yarası ilə şəhid olub. Gəncə  şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün AzərbaycanPrezidenti İlham Əliyevin.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra “Vətən uğrunda medalı” ilə təltif edildi.

Azərbaycan  ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə AzərbaycanPrezidenti.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medal  ilə təltif edildi.
Yüksəl kimi qəhrəman haqqında söz demək çətindir.
Yüksəl  qəhrəmandı- zəfər ətirli qəhrəman.Demək olar çox insanın əzbər bildiyi “Zəfər ətirli qəhrəman” mahnısının şeirinin müəllifi mənəm..Qısaca bu əsər haqqında  demək istəyirəm. Ürək ağrısıyla  44 günlük müharibə zamanı şəhadətə ucalan şəhidlərimizin  şəkillərinə baxırdım .Hər biri mənimçün doğmaydı, əzizdi. Yüksəlin şəkli qarşıma çıxanda çox təsirləndim, üzündəki nur təbəssüm o qədər doğmaydı ki…O hissləri sözlə ifadə etmək mümkün deyil. Və içimdən bir səs qəhrəmanımıza şeir yazmamı istədi.Yazdım, amma  ürəyim sakitləşmirdi. Şeiri
dəyərli bəstəkarımız İlhamə Adilqızı xanıma göndərdim ,qəhrəmanımıza layiq bəstə yazdı və vətənpərvər sənətkarımız,Azərbaycan  xalq artisti, Türkiyənin sevilən səsi Azərin xanım da qürurla ifa etdi…
Mənim üçün də böyük qururdu ki,belə bir qəhrəman haqqında şeir yazmışam.Mən hərbçi ailəsində vətənpərvər ruhda böyümüş biriyəm. Bəlkə bu səbəbdən mən bu qədər həssas biriyəm.

Şəhidlər qanıyla dolan Vətənim
Sənin torpağına, daşına qurban
Vətənçün canından keçən şehidim ,
Göylərə ucalan başına qurban!!

Bəli ,Zəfər ətirli qəhrəman.
O şeir elə belə bəndlərdən ibarət deyil, hər misrasında göz yaşı var.Kədər ,qürur məyusluq fəxarət duyğularının bir birini izlədiyi misralardı.
Yüksəl haqqında hələ çox şeirlər,məqalələr,hekayələr hətta romanlar yazılacaq, gələcək nəsillərə ötürələcək.Çünki Yüksəl hərbi xidmətdəykən öz vəzifə borcunu yerinə yetirmirdi o könüllü olaraq öz işini gücünü atıb vətənin dayağına qaçdı, qaçdı ki ona oğul deyən vətənin keşiyində dayansın.O dərk edərək bu yola çıxdı,o  bilirdi ki , çıxdığı yol ölümsüz yoldur.Hər insana şəhidlik nəsib olmur .O indi ən ali məqamdadı ,şəhadət zirvəsindədi.Cənnətindən bizi görür ,duyur bizim onunla necə qürur duyduğumuzu hiss edir.Ölümsüzdür əbədi yaşardı  – Yüksəlimiz.
Əminəm ki,Sevda xanım kimi qürurlu,mətanətli anası olduğu üçün ruhu şaddır.Sevda xanımın timsalında bütün şəhid analarının qarşıslnda baş əyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin biz nə etsək azdır, onların haqqı ödənməz.Yüksəl kimi qəhrəman oğulların sayəsində bügün 30 illik həsrətə son qoyulub və biz qürurla Qarabağ bizimdir deyə bilirik.

ZƏFƏR ƏTIRLI QƏHRƏMAN
YÜKSƏL ƏLIZADƏNIN
ƏZİZ XATİRƏSİNƏ

Gəncəmizin mərd Yüksəli
Ucalmısan zirvələrə.
Heç bilmədin qorxu nədir,
Sinə gərdin güllələrə.

Şərəfli ad daşıyırsan,
Tarixlərdə qalacaqsan!
Ürəklərdə yaşayaraq
sönməz məşəl olacaqsan!

Böyük Vətən savaşında
Hayqırdın ki, mən də varam.
Azərbaycan mənim elim,
Hər daşını qoruyaram.

Çatdin elin harayına
könüllülər sırasında.
Şücaətlə ad qazandın ,
yaşıdların arasında.

Neçə yaralı əsgəri
daşıdın öz kürəyində.
Neçə arzu, diləyini
apardın öz ürəyində.

Vətənimin iğid  oğlu,
Heç bir şeydən çəkinmədin.
Düşdün ölüm  sınağına,
Yenə yolundan dönmədin.

Vətən üçün candan keçib
Əbədiyyətdə doğuldun.
Qaranlıqdan sabahlara
Daim doğan Günəş oldun!

Allah dərgahında özün
Vətən boyda uca dağsan.
Zəfər ətirli qəhrəman
Azərbaycan, Qarabağsan!!!

Səadət Qərib.

Share: