Şəhid polkovnik Fizuli Cavadovun doğum günüdür

Bu gün ötən ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğramasın nəticəsində şəhid olan polkovnik Fizuli Cavadovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, onun anadan olmasından 56 il ötür.

Füzuli Cavadov 1966-cı ildə Bakının Zirə qəsəbəsində anadan olub. O, pilot kimi birinci Qarabağ müharibəsində iştirak edib. Vətən Müharibəsində isə döyüş təyyarələrinin komandiri olub. Müharibədə iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bundan başqa, F.Cavadov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin baş inspektoru vəzifəsində də çalışıb.

Şəhid polkovnikin Nərmin və İkram adında iki övladı var. Nərmin Cavadova da DSX-də xidmət edir.

Xatırladaq ki, sözügedən qəza nəticəsində DSX-nin 14 hərbçisi şəhid olmuş, ikisi isə yaralanmışdı.


Share: