Şəhid İsmayıl İsmayılovun 55 illiyinə həsr olunmuş anım günü keçirildi

Avqust 4-də, 2023-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə 1-ci Vətən müharibəsi şəhidi İsmayıl Barat oğlu İsmayılovun doğum günündə xatirəsi anılıb.

Şəhid İsmayıl İsmayılovun anadan olmasının 55 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri açaraq şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra söz şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıla verilib. O, çıxış edərək müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan nur üzlü şəhidimizə Allahdan rəhmət diləyib, təsəllimizin şəhidlərimizin qisasının alınması, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, gənc nəsil şəhidlərimizin qanı-canı bahasına qazanılan Qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daim qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər. Tədbirdə iştirak Ötərxan Eltac
bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Azərbaycan Ordusunun qələbə əzmi və yüksək peşəkarlığı sayəsində torpaqlarımız düşmən işğalından azad edildi. Vətənin azadlığı uğrunda canını fəda edən igid oğullarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Share: