Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi — Video

Şəhid Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Mərasim iştirakçılarına Vətən müharibəsi şəhidinin ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.


Share: