Şəhid Balaşzadə Röyal da dəfn olundu — Fotolar

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz 2003-cü il təvəllüdlü Balaşzadə Röyal Atduxan oğlunun nəşi yaşadığı Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhid Şəhidlər xiyabanında dövlət himninin sədaları altında dəfn olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə Şəhidin əziz xatirəsi ehtiramla yad edilib.

Dəfn olunduqdan sonra Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşlarına təqdim olunub.


Share: