Şəhid atasından nümunəvi addım…

 

Dekabrın 13 -ü Salyanın Şorsulu kəndində şəhid Əvəz Abbasovun xatirəsinə həsr olunmuş park-abidə kompleksinin açılışı oldu.

Geniş ərazini əhatə edən park-abidə kompleksində şəhid Əvəz Abbasovla yanaşı Salyanın digər qəhrəman şəhidlərinin də şəkillədi yer alaraq xatirələri əbədiləşib. Şəhidin atası Mayıs Abbasov hələ oğlunun şəhadətindən bir neçə ay sonra proyektini hazırladığı bu abidənin hazırlanması üçün hətta oğlundan qalan komaz markalı avtomobili belə sataraq gəlirini abidəyə xərcləmiş, heç kimsədən dəstək görmədən təkbaşına bir rayonun bütün şəhidlərini tanıdan böyük bir abidə kompleksi yaradıb. Yaşadıqları evin yaxınlığında yol kənarında salınan abidə hər xırda detalı ilə yoldan keçənlərin diqqətini cəlb edir, abidəni ziyarət edənlər isə orada yer alan şəhidləri bir-bir tanımağa çalışırlar. Aparıcılığını şairə Esmira Günəşin etdiyi açılış mərasimi Respublikamızın dövlət himni ilə açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin qonaqları bir-birindən maraqlı çıxışlarda tədbiri daha da mənalı edərək, şəhidin atasına öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə Esmira Günəş şəhid Əvəz Abbasovun yer yer aldığı “Unutmadıq şəhidim lll cild”, “Səmaya məktublar”, “Qürur yerimiz”, “Xarıbülbüllər” kitablarını şəhid ailəsinə təqdim edib. Jurnalist Raziyə xanım isə şəhidin anası Vəfa xanına “Şəhid anası” yaxa sancağını hədiyyə edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra qonaqlar şəhid Əvəz Abbasova həsr olunmuş ehsan süfrəsinə dəvət olunublar. Daha sonra isə qonaqlar birlikdə şəhidin məzarını da ziyarət ediblər. Salyan rayon 4 saylı məktəbdən gələn müəllim və şagird kollektivinin şəhidlərə həsr olunmuş şeirləri isə hər kəsi kövrəldib.
Bir şəhid atasının belə bir addımı ölkədə nümunəvi addımlardan biridir ki, o öz balasıyla yanaşı digər şəhidlərin də xatirəsini əziz tutaraq onlar üçün də abidə yaradıb. Allah bütün şəhid ailələrinə səbr versin.

Share: