Şəhərin mərkəzində ən böyük “Kontakt” mağazası açıldı — Açılışa özəl endirim

“Kontakt” mağazalar şəbəkəsi şəhərin mərkəzində yerləşən mağazaları sırasına bu dəfə ən böyüyünü əlavə etdi. Bu münasibətlə şəbəkə böyükdən-kiçiyə hamını sabah, saat 15:00-da – “Vurğun Residence”də yerləşən mağazasına dəvət edir.

Ənənəvi “Kontakt” açılışlarında olduğu kimi bu dəfə də hər kəs musiqirəqs çıxışlarını izləyərək doyunca əylənəcək, sürprizli oyunlarda iştirak edərək qiymətli hədiyyələr qazanacaq və tamamilə pozitiv emosiyalara köklənəcək.

30 000 ÇEŞİDDƏ MƏHSUL SEÇİMİ İNDİ ŞƏHƏRİN MƏRKƏZİNDƏ

Ümumi sahəsi 3550 m² olan mağaza 2 mərtəbədən ibarət olub alıcılara rəqəmsalsmartfon, televizor, notbuk, nəqliyyat vasitələrinin, akustika avadanlıqlarının, kiçikböyük məişət əşyalarının, mebelev tekstili məhsullarının, o cümlədən qab-qacaqların ən geniş çeşidini sərfəli nağd, həmçinin kredit imkanları təqdim edir.

Bundan başqa bu mağazada mətbəxfilm zonasına baş çəkib özünüzü evinizdəki kimi hiss edə bilərsiniz. Siz alış-veriş edəndə isə balacalarınız uşaq zonasında əyləncəli vaxt keçirə biləcək. Mağazanı gəzməkdən yoruldunuz? Elə isə  dadınıza 1 fincan isti qəhvə çata bilər. Bunun üçün “Philips” zonasına yaxınlaşmağınız kifayət edir.   

Əlverişli imkanlar sadalamaqla bitmir. Belə ki, kassa/kredit zonasında növbənizi gözləyərkən Pulsuz “Wi-fi” xidmətindən yararlanıb vaxtınızı səmərəli keçirə bilərsiniz.

Əlavə olaraq yeni açılmış mağazada məşhur “Apple”, “Philips Saeco”, “Rondel”, “Tefal”, , “JBL”, “İnfinix”, “Xiaomi”, “AEG”, “Bosch”, “Beko”“WMF” brendlərinin zonalarını da görməyiniz mümkündür. 

AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM, 24 AYADƏK HİSSƏLİ ALIŞ ŞƏRTLƏRİ

İndi isə gəlin cibinizi sevindirəcək kampaniya şərtlərindən söz açaq. Belə ki, oktyabrın 30-dək mağazada görüb bəyəndiyiniz istənilən növ məhsulu nağd alışda 60%-dək endirimlərlə ala bilərsiniz. Hissəli alışda isə smartfonlar ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, ev tekstili 18, mebellər isə 24 ay ilkin ödənişsiz, faizsiz, üstəgəl komissiyasız şərtlərlə təqdim olunacaq.

Odur ki, bütün fürsətlərdən yararlanmaq üçün sabah saat 15:00-da yolunuzu “Kontakt”ın Vurğun mağazasından salmağı unutmayın! Ünvan: S.Vurğun k., 110. (Bakı Dövlət Sirkinin yaxınlığı).  

 


Share: