“Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb” — XİN

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

“29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!”, – deyə paylaşımda bildirilib.


Share: