Səfər təəssüratları – Aysel SƏFƏRLİ

Mastəqil.Az saytının redaktoru, tanınmış gənc şair Aysel Səfərli bir qrup şair və ədəbi ictimaiyyətin nüməyəndələri ilə birlikdə Türkiyənin Adana şəhərində keçirilən 4-cü ULUSLARARASI ÇUKUROVA  TÜRK DÜNYASI ŞEİR VƏ MUSİQİ FESTİVALında iştirakdan dönüb.

Xanım şairə səfər təəssüratlarını qəlmə alıb. Müstəqil.Az, xanım şairənin təəssüratlarını olduğu kimi yayınlayır:

“İlk dəfə idi ki, belə bir uzaq səfərə önəmli tədbirə tək yola çıxası oldum.Həyat yoldaşım Safa Rashid müəyyən səbəbdən gələ bilmədiyi üçün məni İki dəyərli insana-Oqtay bəy və Nəcibə xanıma əmanət elədi…
Sefasız başqa bir ölkəyə ilk səfərimdə məni sıxılmağa qoymayan,hər kiçik problemimdə yanımda olan böyüklərimə minnətdaram…


56 nəfərlik söz,sənət adamları ilə deyib, gülüb, şeirləşib, oxuyub, rəqs edib, musiqi ifa edə-edə yol getməyin dadı bir başqa idi…
Türk dünyasından çoxlu dostlar qazanmağın zövqü də ayrı idi..
Bu səfər mənə çoxlu dəyərli dostluqlar qazandırdı.. .Həmçinin də bir çox insanları daha dərindən,yaxından tanıdım sözün hər mənasında…
Və yaxından tanımayıb səfərdə tanıdığım insanların bəzilərinin xəyalımdakı kimi olmadığının da şahidi oldum…
Ömür səhifəmə unudulmaz günlər kimi yazılan bu bir həftədə güldük, əyləndik, qürurlandıq, kövrəldik…
Ailə kimi olduq…


Tədbirdə əməyi keçən hər kəsə xüsusi minnətdarlığımı bildirirəm, başda Dəyərli abim, böyüyümüz, başkanımız İlgar bəy, mənəvi anamız Necibe xanım, Halise xanım olmaqla…
İlk tanıdıqlarımın arasında xüsusi olaraq əziz Ayselimi, gözəl Nigarımı,saf qəlbli ,mehriban Arzumu qazandım.
Eli müəllimlə facebookdan tanış olsaq da yaxından tanıdığıma bir daha məmnun oldum..
Dəyərli insanlar, Süleyman müəllim, Sehran müəllim, Fexreddin bey, Ramiz Qusarcayli, Ayaz abim, İlqar abim, Qabil, Elmeddin, Elmir, Xeyyam, Riyaz, sazı sinəsinə salıb gözəl musiqiləri ilə Adananı coşduran aşıq Azər qardaşım, Yolboyu zəhmətimizi çəkən Elli bəy,xoş zarafatları ilə könlümüzü oxşayan Düzgün Atalı,Faiq muellim,səsi ilə Adananı titrədən Gözəl Suma, Xalidə xanım,Gülnar xanım, Pərixanım,Narıngül xanım,Şəfəq xanım, Aləmzər xanım, gözəl Adilə xanım, Aybeniz xanim, Zeynəb, Əzizim Əntiqə xanım, Refiqe doktor, Rəbiqə,başqa türk dövlətlərindən gələn mehriban dostlar və adlarını sadalaya bilmədiyim o biri hörmətli söz,sənət insanları,sizləri bir daha yaxından tanıdığıma çox məmnunam. Var olun…
Yaşasın,Türk dünyası və bu birlik uğrunda mübarizə aparanlar!..
Qarşıdan gələn Bayraq günü münasibətilə bütün facebook dostlarımı ürəkdən təbrik edirəm…

Aysel SƏFƏRLİ

Share: