“Sədərək” ticarət mərkəzində “Qan ver, Həyat bəxş et!” aksiyası… – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsindəqan vermə aksiyaları keçirilir.Digər sahələrdə olduğu kimi  17 avqust 2020-ci il tarixdə “Sədərək” TM ərazisində fəaliyyət göstərən “Sabit Mühafizə Xidməti” MMC-nin 50 nəfər əməkdaşının könüllü iştirakı ilə Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilmişdir.
(Qan ver, Həyat bəxş et!)

Elitinfo.az-a müəssisənin  mətbuat şöbəsindən  bildirilib ki,eyni zamanda istehlakşıların sağlamlığnı və infeksiyaların qarşısının alınması məqsədi ilə  “Sədərək” TM- nin bütün ərazilərində  dizinfeksiya işləri aparılmışdır.

Müstəqil.Az

Share: