“Sədərək” ticarət mərkəzində güclü yanğın – Foto/Video

Sədərək Ticarət Mərkəzində yanğın başlayıb.

Müstəqil.az xəbər verir ki, birinci cərgədə mağazaların birinin tavanında başlayan yanğın qısa müddətdə qonşu mağazalara keçib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

Share: